Trampın evinə FTB basqını ilə bağlı SENSASİON MƏLUMAT: Nüvə silahı ilə bağlı sənədləri axtarıblar

  • 17:14 - 12 Avqust

ABŞ-ın Federal Təhqiqatlar Bürosünün (FTB) keçmiş prezident Donald Trampın Floridadakı evinə basqın etdikdən sonra villada nə axtarıldığı üzə çıxıb. Bildirilib ki, Trampın evində nüvə silahı ilə bağlı sənədlərdə axtarış aparılıb.

Avropa.info xəbər verir ki, “Washington Post”un yaydığı məlumata görə, FTB rəsmiləri keçmiş ABŞ prezidenti Donald Trampın Floridadakı evinə basqın edərək nüvə silahı ilə bağlı sənədləri axtarıblar.

Bu evdə sənədlərin tapılıb-tapılmadığı açıqlanmayıb. 

ABŞ prezidenti Tramp bu iddialara "Truth Social" sosial media platformasında cavab verib. Tramp axtarış əmrini və FTB tərəfindən Mar-a-Laqoda ələ keçirilən sənədlərin dərc olunmasının tərəfdarı olduğunu bildirib. Bu bəyanat ABŞ mediası tərəfindən sərt etiraz kimi şərh edilib.

ABŞ-ın baş prokuroru Merrik Qarlandın ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Florida ştatındakı Mar-A-Laqo kurort kəndindəki malikanəsinə basqın etmək qərarını şəxsən təsdiqləməsindən sonra keçmiş prezident Donald Tramp avqustun 8-də özünün “Truth Social” sosial media platformasında yazıb. O, hesabında açıqlama verərək, basqından narahat olduğunu bildirib və ABŞ-ın keçmiş prezidenti Barak Obamanın Ağ Evdən qaçaqmalçılıq yolu ilə çıxardığı 33 milyon səhifəlik sənədlərin niyə təqib olunmadığını soruşub.

Məlum olduğu kimi, avqustun 8-də FTB-nin Trampın əmlakında apardığı axtarışın onun prezidentliyi dövründə Floridadakı evinə məxfi sənədləri gətirib-gətirməməsi ilə bağlı araşdırma ilə bağlı olduğu bildirilib. 

“Mən prezident Obamanın Çikaqoya apardığı 33 milyon səhifəlik sənədlərə nə baş verdiyini soruşuram”, – Donald Tramp bu gün Tvitter hesabında yazıb. "Saxta xəbər mediası bu barədə danışmaqdan imtina edir. Ləğv edilməsini istəyirlər”, - deyə o bildirib.

Trampın hüquq komandasının axtarışa etiraz edib, etməyəcəyi bəlli deyil. ABŞ prezidenti bu araşdırmanın cadugər ovu olduğunu bildirib və kəskin reaksiya verib.


Oxunma sayı: 4192

Oxşar yazılar