Ukraynanın ABŞ-dakı səfiri qışı Rusiyanın “müttəfiqlərindən” biri adlandırdı

  • 16:53 - 12 Avqust

Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova qışı Rusiyanın münaqişədə, xüsusən də Qərbə enerji təchizatı ilə bağlı problemlər fonunda “müttəfiqlərindən” biri adlandırıb. 

Avropa.info xəbər verir ki, o, bu barədə cümə günü "Bloomberg"ə müsahibəsində bildirib. 

"İndi Rusiyanın müttəfiqlərinin dairəsi kiçikdir. Lakin Şimali Koreya, İran və Rusiyanı hələ də dəstəkləyən digər ölkələri nəzərə almasaq, qış onların müttəfiqlərindən biridir", - diplomat bildirib. 

Onun fikrincə, Rusiya qış yaxınlaşdıqca Qərbi Avropaya neft və qaz tədarükünü dayandıra bilər ki, bu da sadə sakinlərə və elektrik enerjisi təchizatına təsir göstərəcək. 

“Tərəfdaşlarımızın heç də hamısı onlardan asılılığını (Rusiyanın enerji resursları – red.) şaxələndirməyib və ya azaltmayıb”, - Markarova bildirib.


Oxunma sayı: 3697

Oxşar yazılar