Türkiyə Xarici İşlər Nazirliyindən Suriya AÇIQLAMASI

  • 14:46 - 12 Avqust

Suriya münaqişəsinin başlanğıcından Suriyadakı ziddiyyətlərin Suriya xalqının qanuni tələbləri əsasında həlli istiqamətində ən çox səy göstərən dövlət Türkiyə olub. 

Avropa.info xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç bildirib. 

Diplomat “Ankaranın Suriya xalqı ilə həmrəyliyinin davam edəcəyini” vurğulayıb. 

Bilgiç Türkiyənin yerdə atəşkəsi qorumaq səylərini, həmçinin ölkəsinin Astana prosesində liderliyini və Cenevrədə dialoqu inkişaf etdirdiyini xatırladıb. “Hazırda Suriyada siyasi nizamlanmaya dair danışıqlarda irəliləyişin olmamasının səbəbi Bəşər Əsəd rejiminin destruktiv mövqeyidir. Bunu bir gün əvvəl xarici işlər naziri Mövlud Çavuşoğlu da qeyd etdi”, - diplomat bildirib. 

O xatırladıb ki, bu günə qədər Türkiyədə milyonlarla suriyalı müvəqqəti dövlət himayəsindədir, onlardan bəziləri könüllü olaraq vətənlərinə qayıdıblar. 

Türkiyə beynəlxalq ictimaiyyətin digər tərəfləri ilə əməkdaşlıq edərək Suriyada Suriya xalqının gözləntilərinə uyğun olaraq uzunmüddətli nizamlanmaya töhfə verməyə davam edəcək”, - deyə türk diplomat vurğulayıb.


Oxunma sayı: 3323

Oxşar yazılar