Sülhməramlılar Xocalıda erməni avtomobili ilə toqquşdu - 4 ÖLÜ - FOTO

  • 14:35 - 12 Avqust

Bu gün Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlılarının avtomobili Xankəndi-Xocalı avtomobil yolunda ağır qəzaya uğrayıb. 

Avropa.info Unikal-a istinadən xəbər verir ki, "polis"in məlumatına görə, nəticədə 4 nəfər (qadın) ölüb. 

Bildirilib ki, 1992-ci il təvəllüdlü Rusiya sülhməramlısının idarə etdiyi "HAVAL H9" markalı avtomobil, Xocalı rayonunun Dağyurd kəndində qeyri-qanuni məskunlaşan erməninin "VAZ-2107" markalı avtomobili ilə toqquşub. 

Qəza nəticəsində "VAZ-2107"nin sürücüsü sağ ağciyərin aşağı nahiyəsinin kəsilmiş-deşilmiş sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Elə həmin avtomoobilin 4 qadın sərnişini isə yerindəcə keçinib.


Oxunma sayı: 2707

Oxşar yazılar