DİQQƏT! Əhaliyə XƏBƏRDARLIQ EDİLDİ - Bu tarixdə açıq havada çox qalmayın - VİDEO

  • 21:29 - 12 Avqust

Bakıda və Abşeron yarımadasında avqustun 11-dən 18-dək havanın maksimal temperaturunun 35-37° isti, bəzi yerlərdə 39°-dək yüksələcəyi gözlənilir.

Bu barədə Avropa.info-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycanın rayonlarında avqustun 11-dən 18-dək bəzi rayonlarda havanın maksimal temperaturunun 35-39°, bəzi yerlərdə 41-42° isti, dağlarda 25-30°-dək yüksələcəyi gözlənilir.

XXX

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Avropa.info xəbər verir ki, FHN-dən daxil olan müraciətdə deyilir:

"Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlərdə ölkə ərazisində havanın temperaturun yüksələcəyi, bəzi yerlərdə 42 dərəcəyə çatacağı gözlənilir.

Belə hava şəraitində kiçik ehtiyatsızlıq və ya diqqətsizlik müxtəlif məkanlarda, xüsusilə açıq sahələrdə və meşə massivlərində yanğınlarla nəticələnə bilər, həmçinin kondisionerlərə tələbatın yüksəlməsi elektrik naqillərinin yüklənib sonda qısaqapanmaya səbəb olma riskini artırır. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, yüksək temperaturun yanğın təhlükəsini artırdığını nəzərə alaraq yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Həmçinin, günvurma təhlükəsindən qorunmaq üçün belə günlərdə açıq havada, o cümlədən çimərliklərdə günəş şüaları altında çox qalmamaq, habelə açıq rəngli, yüngül, xüsusilə pambıq parçadan olan geyimlərdən istifadə etmək, daha çox kölgədə və ya sərin yerdə qalmaq və bol maye qəbul etmək tövsiyə olunur.

Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"


Oxunma sayı: 2036

Oxşar yazılar