Zəngilanda Türkiyə konsulluğunu açmaq olar - Deputatdan TƏKLİF

  • 20:52 - 12 Avqust

“Zəngilanda, Ağalıda, üzü xan Araza sarı möhtəşəm bir bina tikib orada qardaş Türkiyənin Baş konsulluğunun açılması millətimiz, dövlətimiz, Türk dünyası və bütövlükdə İslam ümməti adına gözəl bir qərar olar”.

Avropa.info-nun məlumatına görə, bu təkliflə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov çıxış edib.

“Qardaş Tükiyənin Zəngəzurda varlığı gücümüzə güc qatar, bütün haqq tərəfdarlarını sevindirər, nahaqları xar edər!”, - deyə o bildirib.

Xatırladaq ki, İran İslam Respublikasının bu günlərdə Zəngəzur bölgəsində - Ermənistanın Qafan şəhərində konsulluq açması birmənalı qarşılanmayıb.


Oxunma sayı: 3301

Oxşar yazılar