Putin Təhlükəsizlik Şurasını təcili TOPLADI

  • 13:46 - 12 Avqust

Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirib və təhlükəsizlik məsələlərini müzakirə edib. 

Avropa.info xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

İclasda ölkənin müdafiə naziri Sergey Şoyqu məruzə ilə çıxış edib. Bundan əlavə, Rusiyanın hərbi sahədə təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunub.

İclasda Federasiya Şurasının sədri Valentina Matvienko, Dövlət Dumasının sədri Vyaçeslav Volodin, Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev, Prezident Administrasiyasının rəhbəri Anton Vayno, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, daxili işlər naziri Vladimir Kolokoltsev, müdafiə naziri Sergey Şoyqu, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov iştirak ediblər.


Oxunma sayı: 2938

Oxşar yazılar