ABŞ-da şiddətli PARTLAYIŞ: 3 nəfər ölüb, 39 evə ziyan dəyib – VİDEO

  • 13:36 - 12 Avqust

ABŞ-ın İndiana ştatının Evansvill şəhərinin Villemette ərazisində naməlum səbəbdən partlayış baş verib. 

Avropa.info xəbər verir ki, hadisə yerinə polis, yanğınsöndürənlər və tibb işçiləri göndərilib. Evansville yanğınsöndürmə xidmətinin rəisi Mayk Konelli keçirdiyi mətbuat konfransında partlayış nəticəsində 3 nəfərin öldüyünü açıqlayıb. 

Konnelli ümumilikdə 39 evin zərər gördüyünü və ən azı 11 evin yararsız hala düşdüyünü bildirib. “Başqa itkilər də ola bilər, axtarışlarımızı tamamlamamışıq. Hələlik evlərə girmək təhlükəsiz deyil”, - deyə o bildirib. 

Partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.


Oxunma sayı: 3026

Oxşar yazılar