Yeni icra başçısı kollektivə təqdim olundu

  • 13:28 - 12 Avqust

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Orxan Çingiz oğlu Mürsəlov kollektivə təqdim olunub.

Avropa.info xəbər verir ki, yeni icra başçısını kollektivə Prezidentin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə təqdim edib.

Təqdimatda Zeynal Nağdəliyev çıxış edib. O, dövlət başçısının tapşırıq və tövsiyyələrini çatdırıb.

O.Mürsəlov isə ona göstərilən etimada görə minnətdarlığını bildirib.


Oxunma sayı: 3213

Oxşar yazılar