Məleykə Abbaszadə suallara cavab verəcək – Abituriyentlərin nəzərinə

  • 20:26 - 12 Avqust

Ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi 16-28 avqust tarixlərində internet vasitəsilə aparılacaq.

Bunu nəzərə alan Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə 16 avqust saat 15:00-da abitituriyentlərin suallarına cavab verəcək.

Bu barədə Avropa.info-ya DİM-dən bildirilib.

Qeyd edilib ki, M.Abbaszadə DİM-in Facebook, Youtube və Telegram səhifələri vasitəsilə ixtisas seçimi edəcək abituriyentlərə diqqət yetirməli olduqları məsələlər haqqında danışacaq.

DİM abituriyentləri ixtisas seçimi ilə əlaqədar sualları qurumun Facebook sosial şəbəkədəki səhifəsnidə yazmağa çağırıb.


Oxunma sayı: 3026

Oxşar yazılar