Vətən müharibəsinin itkinləri axtarılır: 4 əsgər, 1 MAXE, 1 zabit - FOTO

  • 19:27 - 12 Avqust

Rəsmi məlumata görə, 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixlərində davam etmiş Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin 6 hərbi qulluqçusu itkin düşmüş hesab olunur.

Avropa.info xəbər verir ki, Əsir və itkin düşmüş, gorov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatına görə, itkin düşən 6 hərbçidən 4-ü əsgər, 1-i MAXE, 1-i zabitdir.

“İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir”, - deyə Dövlət Komissiyasının məlumatında deyilir.

İtkin hesab olunan hərbi qulluqçular 2001-ci il təvəllüdlü MAXE Mehdiyev Asim Yaqub oğlu, 1998-ci il təvəllüdlü leytenant Vəlizadə İbrahim Səməd oğlu, 1997-ci il təvəllüdlü əsgər Qədirli Elnur Rəcəb oğlu, 1996-cı il təvəllüdlü əsgər Salamov Qorxmaz Bayram oğlu, 1995-ci il təvəllüdlü əsgər Feyzullayev Aydın Zakir oğlu, 1991-ci il təvəllüdlü əsgər Səfərli Xəqani İlqar oğludur.

2020-ci ilin Vətən müharibəsində Azərbaycanın 2908 hərbi qulluqçusu şəhid olub.


Oxunma sayı: 3565

Oxşar yazılar