Xankəndidə erməniləri qəzəbləndirən bildiriş: “Azərbaycana xoş gəlmisiniz!” - FOTO

  • 16:15 - 11 Avqust

Xankəndidə Rusiyanın mobil operatoru “Tele2”nin xidmətlərindən istifadə edənlərə gələn bildiriş ermənilər arasında qəzəblə qarşılanıb.

Avropa.info "oxu.az"a istinadən xəbər verir ki,  bildirişdə “Azərbaycana xoş gəlmisiniz!” ifadəsi, həmçinin mobil operatorun təklif etdiyi danışıq və internet tarifləri təqdim olunur.

Bildirişdə digər diqqətçəkən məqam isə mobil operatorla bağlı yarana biləcək xidmətlərlə əlaqədar Rusiyanın Azərbaycandakı səfirliyinin telefon nömrəsinə (+994 12 597-08-70) müraciət olunmasının tövsiyə edilməsidir.


Oxunma sayı: 2564

Oxşar yazılar