Qazaxıstan Türkiyə ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlıq edəcək

  • 15:28 - 11 Avqust

Qazaxıstan hökuməti Türkiyə ilə hərbi kəşfiyyat sahəsində əməkdaşlığa dair protokolu təsdiqləyib. 

Avropa.info xəbər verir ki, Qazaxıstan hökumətinin dərc etdiyi müvafiq fərmana əsasən, Qazaxıstan hökuməti ilə Türkiyə hökuməti arasında hərbi kəşfiyyat sahəsində əməkdaşlıq haqqında 2022-ci il mayın 10-da Ankarada imzalanmış protokol təsdiq edilib. 

“Sənədə uyğun olaraq, tərəflər aşağıdakı istiqamətlərdə əməkdaşlıq edirlər: hərbi kəşfiyyat məlumatlarının qarşılıqlı mübadiləsi və aktual məsələlər üzrə ekspert qiymətləndirmələri; regionda (dövlətdə) tərəflərin dövlətlərinin təhlükəsizliyinə təhlükə yaradan hərbi-siyasi vəziyyətin inkişafının monitorinqi; Tərəflərin dövlətlərinin təhlükəsizliyinə təhdid yaradan beynəlxalq terrorçu və digər təşkilatlar haqqında qarşılıqlı məlumat mübadiləsi”, - protokolda qeyd olunur.


Oxunma sayı: 2751

Oxşar yazılar