TƏBİB zəhərlənən uşaqlarla bağlı məlumat yaydı

  • 15:12 - 11 Avqust

Göygöl Rayon Mərkəzi Xəstəxanasına dünən zəhərlənmə şübhəsi ilə saat 16 radələrində ağır vəziyyətdə təcili tibbi yardım maşını ilə 4 yeniyetmə gətirilib.

Bu barədə Avropa.info-ya TƏBİB-dən bildiriblər.

Qeyd edilib ki, 2010, 2011, 2013, 2014-cü il təvəllüdlü olan yeniyetmələr təcili olaraq xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasyon tədbirlər görülərək yeniyetmələrin həyati funksiyaları bərpa olunub. Daha sonra yeniyetmələr həkim-reanimatoloqun müşayiətilə təcili tibbi yardım reanomobili vasitəsilə Bakıya təxliyyə ediliblər.

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən yeniyetmələrin hazırda həyati təhlükələri yoxdur, vəziyyətləri stabildir. Onların həkim nəzarəti altında müalicələrinə davam edilir.


Oxunma sayı: 2608

Oxşar yazılar