Krımda Rusiyaya AĞIR ZƏRBƏ: Partlayış baş verdiyi aviabazanın görüntüləri YAYILDI – FOTO/VİDEO

  • 14:11 - 11 Avqust

Kremlin elan etdiyinin əksinə olaraq, ötən gün Rusiyanın Krımdakı bazasında baş verən partlayışlarda daha çox itki olduğu üzə çıxıb. Yayımlanan peyk görüntüləri Rusiyanın Krımdakı bazasına ciddi ziyan dəydiyini göstərir.

Avropa.info bildirir ki, Amerikanın "New York Times" qəzetindəki xəbərə görə, Saki aviabazasındakı partlayışlarda Kremlin elan etdiyindən daha ağır itkilər olub. İddiaya görə, rus ordusu 8 SU-27, 6 Mi-8, 5 SU-24, 4 SU-30M və 1 ІL-20RT-ni itirib.

Peyk fotoşəkilləri Rusiyanın Krımdakı Saki aviabazasının çərşənbə axşamı partlayışlar nəticəsində ciddi ziyan gördüyünü göstərir. 

ABŞ-da yerləşən Planet Labs şirkəti tərəfindən çəkilmiş fotoşəkillər bazada ən azı səkkiz təyyarənin məhv edildiyini və ya zədələndiyini göstərir.

Patlamaların olduğu anda; Saki Hava Üssü yakınlarında bir plajdaki turistler

Partlayışlar anında Saki avibazasının yaxınlığındakı çimərlikdə olan turistlər

Fotoşəkillərdən də partlayışlardan sonra kraterlərin əmələ gəldiyi və böyük bir ərazinin yandığı görünür. 

Ukrayna Hərbi Hava Qüvvələri bazadakı bir çox təyyarənin məhv edildiyini açıqlasa da, Kiyev administrasiyası insidentə görə məsuliyyəti üzərinə götürməyib. 

Peyk görüntüləri bazanın hücumda hədəfə alına biləcəyini göstərir.

Saki Hava Üssü'nün 9 Ağustos'taki patlamalar öncesi çekilen uydu fotoğrafı

Rusiya Müdafiə Nazirliyi bazadakı sursat anbarında partlayışların baş verdiyini, heç bir təyyarənin zədələnmədiyini, Ukrayna tərəfindən bazaya hər hansı hücumun olmadığını açıqlayıb. 

Ukraynanın müdafiə naziri Oleksiy Reznikov, "Məncə, bazadakı rus əsgərləri çox sadə bir qaydaya əməl etməyiblər. Bu qayda "Təhlükəli yerlərdə siqaret çəkməyin" idi. Bu qədər sadədir” deyib.

Digər tərəfdən, "Washington Post" qəzetinə danışan adı açıqlanmayan bir Ukrayna rəsmisi hücumun xüsusi təyinatlılar tərəfindən həyata keçirildiyini bildirib.

Saki Hava Üssü'nün 9 Ağustos'taki patlamalar sonrası çekilen uydu fotoğrafı

Bu partlayışlardan qısa müddət sonra açıqlama verən Ukrayna prezidenti Vladimir Zelenski, "Krım Ukraynanındır. Biz Krımdan heç vaxt vaz keçməyəcəyik. Rusiyanın Ukraynaya qarşı müharibəsinin Krımın işğalı ilə başladığını unutmayacağıq" ,deyə bildirib.

Digər tərəfdə,n BBC-yə danışan İngiltərə Müdafiə Naziri Ben Uolles bazada iki ayrı partlayışın olduğunu və bunun qəzadan çox hücum əlaməti olduğunu bildirib. 

Ben Uolles bəyan edib ki, Ukrayna Krımı hədəfə almaq hüququna malikdir. "Ukrayna üçün öz torpaqlarını geri almaq və lazım gələrsə öldürücü güc tətbiq etməklə işğalçı qüvvələri dəf etmək tamamilə qanunidir", - Uolles bildirib.


Oxunma sayı: 4247

Oxşar yazılar