"Teknofest"i aşağılamağa çalışan qəzetlərə Bayraktardan SƏRT CAVAB – FOTO

  • 14:01 - 11 Avqust

Türkiyə son illərdə müdafiə sənayesi və texnologiyası sahəsində əldə etdiyi irəliləyişlərlə bütün dünyanın diqqətini çəkdiyi halda, bəzi dairələr bu vəziyyəti həzm edə bilməyib, çirkin qavrayış əməliyyatlarına cəhd ediblər.

Avropa.info xəbər verir ki, Türkiyənin keçmişdə qazandığı bir çox uğura kölgə salmaq naminə baş rollarda çıxış edən “Cümhuriyyət” qəzeti və “Birgün” qəzeti yenidən gündəmə gəlib. Teknofest-in növbəti mərhələsi üçün işlər aramsız davam edərkən, sözügedən qəzetlər çirkin xəbərlər yazıb. “Damadın festivali için kasayı açtılar” başlıqlı xəbər əldə edilən uğurlardan yaranan narahatlığın miqyasını ortaya qoyub.

"Baykar" texnologiya şirkətinin icraçı direktoru Haluk Bayraktar qalmaqallı xəbərə bu sözlərlə cavab verib: 

Teknofest “damad” deyil, milyonlarla vətəndaşımızın qatıldığı, yüz minlərlə gəncin qabaqcıl texnologiya sahələrində layihələr hazırlayaraq yarışdığı millətimizə məxsus festivaldır. 

Bu qavrayış oyunları, böhtanlar ölkəmizin tam müstəqil və firavan gələcəyinin qarşısında heç vaxt dura bilməyəcək.


Oxunma sayı: 2685

Oxşar yazılar