“Bunu ancaq o həll edə bilər” – Rusiyadan Ərdoğana təcili ÇAĞIRIŞ

  • 20:26 - 11 Avqust

Ukraynanın Rusiyanın nəzarətində olan və son vaxtlar bombardmanların hədəfinə çevrilən Avropanın ən böyük atom elektrik stansiyası “Zaporoje”  ətrafında gərginlik artır. 

Avropa.info xəbər verir ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin prezidenti Rafael Qrossinin Zaporojye Atom Elektrik Stansiyasının son vəziyyətini “tamamilə nəzarətdən çıxmış” adlandırmasından sonra Rusiya mətbuatından “təcili çağırış” gəlib. 

“Moskovski Komsomolets” qəzetinin aparıcı köşə yazarlarından Mixaşl Rostovski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu təhlükənin qarşısını ala bilmək üçün dövriyyəyə girməyi təklif edib. 

"Ərdoğana təcili ehtiyac var: bizi yeni Çernobıldan yalnız Türkiyə prezidenti xilas edə bilər. Zaporojye AES-lə bağlı münaqişə böyük risk altındadır, həlli yoxdur" başlıqlı məqalədə Rostovski bildirib ki, Avropa Çernobıl miqyasında yeni nüvə fəlakəti və ya daha da pisi ilə üz-üzədir. Bunlar jurnalist şişirtmələri, analitiklərin nəzəriyyələri, saxta ekspertlərin uydurmaları deyil. Bu, eyni anda bir neçə müstəqil mənbədən alınan rəsmi məlumatdır. Təhlükə yaxındadır.

Müəllif daha sonra qeyd edib:

“Rusiya Ukraynanı günahlandırır, Ukrayna da Rusiyanı. Qərb isə Ukraynanı dəstəkləyir. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik və BMT siyasi nəzakəti qorumağa çalışır. Ukrayna müharibəsi zamanı yalnız bir siyasətçi özünü hər kəsə çatan və danışıqlar prosesini ortada qoymayan, daimi və effektli vasitəçi olduğunu sübut etdi. O, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandır. Moskva, Kiyev və Qərbin paytaxtlarında ona etibar edirlər. Onu oyuna salmağın vaxtı deyilmi?

Hazırda “Zaporoje” AES ətrafında baş verənlər Türkiyənin fəal iştirakı və vasitəçiliyi sayəsində uğurla həll olunan Ukrayna taxılının ixracı məsələsindən heç də az əhəmiyyət kəsb etmir. Stansiyanın yerləşdiyi yerlə İstanbul arasındakı məsafə düz xətt üzrə 851 km-dir.

Rusiya Ukraynanın bombardmanının bütün dünya üçün fəlakətli təhlükə yaratdığını iddia edərkən, Ukrayna Rusiya qoşunlarını elektrik stansiyasının ərazisində silah saxlamaqda ittiham edir. Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-leytenant İqor Konaşenkov bildirib ki, bazar günü Ukraynanın Zaporojya AES-ə hücumu nəticəsində elektrik enerjisinin artması və stansiyanın paylayıcı panelində tüstünün partlaması nəticəsində fövqəladə iş dayandırılıb və yanğınsöndürənlər yanğını söndürüblər. Kremlin sözçüsü Peskov qərb dövlətlərini Kiyevi elektrik stansiyasına hücumu dayandırmağa məcbur etməyə çağırıb. Lakin Ukrayna hərbi kəşfiyyatının rəhbəri Yusov bazar ertəsi iddia edib ki, “Rusiyanın Ukraynanın atom elektrik stansiyasını bombaladığını gördük”. 

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş beynəlxalq müfəttişlərə Rusiyanın Ukraynaya müdaxiləsi zamanı ələ keçirdiyi nəhəng Zaporojya Atom Elektrik Stansiyasına giriş icazəsi verilməli olduğunu söylədi. Quterreş deyib ki, Avropanın ən böyük atom elektrik stansiyasına hücum “intihar demək olacaq”. 

Ukrayna şənbə günü Rusiyanın bombardmanının üç radiasiya sensoruna zərər verdiyini açıqlayıb. 

Ukrayna lideri Zelenski də bazar günü televiziyada yayımlanan çıxışında Rusiyanı “nüvə terrorizmi”ndə ittiham edib: “Bir terror dövləti atom elektrik stansiyasını yandıranda heç bir xalq təhlükəsiz deyil. 

Digər tərəfdən, ABŞ-ın Rusiya səfirliyi bildirib ki, Ukraynalı millətçilər avqustun 5-də elektrik stansiyasını artilleriya atəşinə tutdu, iki yüksək gərginlikli xətt və bir su borusu zədələndi. 

Səfirlikdən verilən yazılı açıqlamada, bölgədəki kritik infrastruktura dəyən ziyanın qarşısı Rusiya hərbçiləri tərəfindən alındığını bildirib. 

Ötən həftə Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri stansiyanın "tamamilə nəzarətdən çıxdığını" bildirib. 

"Associated Press" xəbər agentliyinin məlumatına görə, Rafael Qrossi qeyd edib ki, Zaporojye AES-in təftiş və təmirə ehtiyacı var. 

BBC-nin xəbərinə görə, Qrossi "Hər hansı bir nüvə obyektində heç vaxt baş verməməli olan bir sıra hadisələr baş verir" deyib və bu cür hücumların nüvə fəlakətinə səbəb ola biləcəyini vurğulayıb.Avropanın ən böyük atom elektrik stansiyası münaqişəyə yaxın bir bölgədə yerləşir. 

ABŞ dövlət katibi Antoni Blinken bu həftənin əvvəlində Rusiyanı mart ayında ələ keçirdiyi obyektdən Ukrayna qüvvələrinə hücum etmək üçün hərbi baza kimi istifadə etməkdə ittiham edib. 

Ukrayna rəsmiləri bildiriblər ki, ruslar Ukraynanın cənubundakı Dnepr çayının sahilində yerləşən elektrik stansiyasının yerində əsgərlər yerləşdirib və hərbi texnika saxlayıblar. 

Lakin Rusiyanın bölgədəki rəsmisi "Reuters" xəbər agentliyinə bildirib ki, Ukrayna qüvvələri obyektə hücum etmək üçün Qərbin təchiz etdiyi silahlardan istifadə edib. 

Yevgeni Balitski qeyd edib ki, rəsmilər Beynəlxalq Atom Enerjisi Agentliyinə “rusların nüvə obyektini necə qoruduğunu, ukraynalıların isə ona hücum etdiyini” göstərməyə hazırdır. 

Rusiya mart ayında Zaporojye Atom Elektrik Stansiyasına nəzarəti ələ keçirib. 

1984-1995-ci illər arasında tikilmiş atom elektrik stansiyası Avropanın ən böyük, dünyada isə doqquzuncu atom elektrik stansiyasıdır.


Oxunma sayı: 3334

Oxşar yazılar