Yeni icra başçısı Orxan Mürsəlov kimdir? - FOTO

  • 13:07 - 11 Avqust

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Orxan Çingiz oğlu Mürsəlov Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Avropa.info-nun “Qafqazinfo”ya istinadən məlumatına görə, O.Mürsəlov bu vəzifəyə təyin olunanadək Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 8-ci ərazi sektorunun Baş məsləhətçisi vəzifəsində çalışıb.

O bu vəzifədə ikən administrasiyada qərb bölgəsinin kuratoru kimi mütəmadi olaraq Samux, Ağstafa, Qazax, Gədəbəy və digər rayonlardakı tədbirlərdə iştirak edib.


Oxunma sayı: 3664

Oxşar yazılar