Zelenski: Rusiyanın itkiləri Ukraynada müharibənin sonunu yaxınlaşdıracaq

  • 16:31 - 11 Avqust

Rusiya nə qədər çox itki versə, ukraynalılar öz torpaqlarını bir o qədər tez azad edə və təhlükəsizliyə zəmanət verə biləcəklər. 

Avropa.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski ənənəvi videomüraciətində deyib.

“Hamını narahat edən sual budur: müharibə nə vaxt bitəcək? Biri deyir: daha çox ay, biri deyir - bir il, kimsə - daha çox. Amma zaman məsələsi əslində birbaşa Rusiyanın verdiyi itkilərdən asılıdır. İşğalçıların itkiləri nə qədər çox olarsa, biz torpaqlarımızı bir o qədər tez azad edə və Ukraynanın təhlükəsizliyini təmin edə bilərik”, - deyə Zelenski bildirib. 

Onun sözlərinə görə, “dövləti müdafiə edən və Ukraynaya kömək edən hər kəs bu barədə düşünməlidir: işğalçılara ən böyük itkiləri necə vermək olar ki, müharibə vaxtı az olsun”. 

“Əgər 43 minə yaxın ölü rus əsgəri Rusiya rəhbərliyini müharibədən necə çıxmağın yollarını axtarmalı olduğuna inandırmırsa, inandırmaq üçün daha çox mübarizə, daha çox nəticə lazımdır”, - deyə Zelenski bildirib. 

O qeyd edib ki, yalnız ötən gün işğalçılar on döyüş təyyarəsini itirib: doqquzu Krımda və daha biri Zaporojye istiqamətində. 

Zelenski xatırladıb ki, cümə axşamı Kopenhagendə Ukraynanın tərəfdaş dövlətlərinin müdafiə nazirləri səviyyəsində konfrans başlayır:

“Dövlətimizin bu müharibədə, xüsusilə də silahla, gələcək dəstəyi müzakirə olunacaq. Mən başa düşən bütün tərəfdaşlarımıza minnətdaram ki, yalnız Rusiyanın döyüş meydanında itkisini təmin etməklə, yalnız Rusiya itkiləri ilə - hərbi, siyasi, iqtisadi itkilərlə Ukraynanın və bütün Avropanın təhlükəsizliyinin qaytarılması daha da yaxınlaşdırıla bilər". 


Oxunma sayı: 3224

Oxşar yazılar