
İstanbulda leysan daşqınlara səbəb oldu - VİDEO
- 23:52 - 10 Avqust
Türkiyənin İstanbul şəhərində güclü yağış daşqınlara səbəb olub.
Avropa.info "Andolu" agentliyinə istinadən xəbər verir ki, daşqınlar səbəbilə İspartakule, Silivri və Esenyurtda bir çox yerləri su basıb.
Su basmış bəzi yollarda nəqliyyat vasitələri irəliləməkdə çətinlik çəkib. İspartakuledəki Avcılar Bələdiyyəsi Sərgi Mərkəzindəki sabit qapalı bazar sahəsi də su altında qalıb. Səhər saatlarında bazar ərazisinə gələn ticarətçilər dükanlarını aça bilməyiblər. İş adamları öz imkanları ilə suları təmizləyiblər.
Meteorologiya İdarəsi günorta saatlarına qədər davam edəcəyi gözlənilən tufan səbəbiylə Çatalca, Silivri, Büyükçekmece və Arnavutköydə sel, şimşək çaxması, nəqliyyatda aksamalar və şiddətli yağışla bağlı vətəndaşlara xəbərdarlıq edib.
?stanbul'da sabah saatlerinde etkili olan sa?anak nedeniyle Ispartakule'de baz? yerleri su bast? https://t.co/yB1ltTQ0DW pic.twitter.com/4YADMxwnhc
— ANADOLU AJANSI (@anadoluajansi) August 10, 2022