Mariya Stadnik İslam Həmrəyliyi Oyunlarının ikiqat qalibi oldu - FOTO

  • 19:56 - 10 Avqust

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik final görüşünə çıxıb.

Avropa.info "report"a istinadən xəbər verir ki, 50 kq çəki dərəcəsində rəqib özbəkistanlı Jasmina İmmayeva olub. Görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Beləliklə, o, karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

 


Oxunma sayı: 4313

Oxşar yazılar