İranda təyyarə QƏZASI – Yaralılar var

  • 12:44 - 10 Avqust

İranın cənubundakı Fars əyalətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb. 

Avropa.info xəbər verir ki, bu barədə İRNA agentliyi İranın fövqəladə hallar üzrə yerli departamentinin rəhbəri Həsən Himmətə istinadən məlumat yayıb. 

Hadisə Merdveşt ərazisində baş verib. 

Təyyarədə iki nəfər olub və onlar yaralanıb. 

Yaralılar xəstəxanaya yerləşdirilib.


Oxunma sayı: 4038

Oxşar yazılar