XİN başçılarının təkbətək danışıqları başa çatdı - YENİLƏNİB

  • 11:58 - 10 Avqust

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın təkbətək görüşü başa çatıb.

Avropa.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi tviterdə məlumat yayıb.

Hazırda nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüş keçirilir.

***

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Əlcəzairin xarici işlər və xaricdəki milli icma naziri, Prezident Abdelməcid Tebbunun xüsusi nümayəndəsi Ramtan Lamamranın görüşü başlayıb.

Avropa.info XİN-ə istinadən xəbər verir ki, Ceyhun Bayramov həmkarını Xarici İşlər Nazirliyinin binası önündə qarşılayıb.


Oxunma sayı: 1783

Oxşar yazılar