Ukraynaya göndərilən Türkiyə təyyarəsinin son durumu BƏLLİ OLDU

  • 11:26 - 10 Avqust

Rusiya-Ukrayna müharibəsinin başladığı fevral ayından bəri Kiyev Borispol Hava Limanında ilişib qalan Türkiyənin “Koca Yusuf” kimi tanınan iki A400M hərbi-nəqliyyat təyyarəsinin təxliyəsi üçün həm hərbi, həm də diplomatik səylər davam edir.

Avropa.info xəbər verir ki, Ukraynadakı türk vətəndaşlarının təxliyyəsi üçün bu ölkəyə göndərilən iki A400M tipli strateji nəqliyyat təyyarəsi Rusiyanın hücumunun başlaması ilə Türkiyəyə qayıda bilməyib. 

Uçuş zolağının bağlanması və bu ərazilərdə minaların olması ehtimalı səbəbindən təxminən 6 aydır Borispol Hava Limanında gözləyən Türkiyənin iki təyyarəsinin digər ölkələrin təyyarələri ilə birlikdə havaya qalxması mümkün olmayıb.

Fevral ayından bəri Xarici İşlər Nazirliyi və Milli Müdafiə Nazirliyi dəfələrlə Ukrayna və Rusiya rəsmiləri ilə əlaqə saxlayıb. Təyyarələrin Borispoldan təxliyəsi ilə bağlı ən böyük narahatlığın "müharibə səbəbiylə idarə oluna bilməyən qruplar tərəfindən təxribata məruz qalma" ehtimalı olduğunu ifadə edən təhlükəsizlik mənbələri Türkiyənin bu səbəbdən "ən təhlükəsiz anı gözlədiyinə" diqqət çəkib. Mənbələr xatırladıb ki, təyyarələrin təxliyyəsi üçün təhlükəsiz ərazinin yaradılması üçün təmaslar davam edir. 

türkiyənin milli müdafiə naziri Akar da həm Rusiya, həm də Ukrayna ilə təmasların davam etdiyini ifadə edərək, "Təyyarələrimizi ən münasib zamanda qəbul edəcək vəziyyətdəyik. Bunun yaxın günlərdə baş verməsi çox mümkün görünür. Bu bizim ümidimizdir, əlaqələrimizi davam etdiririk”.

Bildirilib ki, “Koca Yusuf” nəqliyyat təyyarələrinin ekipajı Türkiyə səfirliyində qalıb və Ukraynanın texniki dəstəyi ilə təyyarələrə gündəlik nəzarət həyata keçirilib. 

Ukrayna tərəfindən də təyyarələrlə bağlı təhlükəsizlik tədbirləri görülüb. Bu prosesdə təyyarələrə texniki qulluq və təchizat işlərinin də aparıldığı bildirilib. Təlimat gələn kimi təyyarələr istənilən vaxt havaya qalxmağa hazır vəziyyətdə saxlanılır.


Oxunma sayı: 1893

Oxşar yazılar