"Transneft" AÇIQLADI: Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınması DAYANDIRILDI

  • 15:24 - 10 Avqust

Rusiyanın neft boru kəməri operatoru "Transneft" şirkəti Rusiya neftinin Ukrayna üzərindən Avropaya daşınmasını dayandırdığını açıqlayıb.

Avropa.info xəbər verir ki, Rusiyanın neft boru kəməri operatoru "Transneft"in yaydığı yazılı açıqlamada, Rusiya neftini Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya daşıyan "Drujba" xəttinin cənub qolu üçün "Ukrtransnafta" şirkətinə qabaqcadan ödəniş edilməsi lazım olduğu bildirilib. 

Açıqlamada sözügedən çatdırılma xidməti üçün “Ukrtransnafta”ya edilən son qabaqcadan ödənişlərin “Transneft”ə qaytarıldığı bildirilib və Avropa Birliyinin tətbiq etdiyi sanksiyalar səbəbindən ödənişlərin edilə bilməyəcəyi diqqətə çatdırılıb. 

Açıqlamada qeyd olunub ki, “Ukrtransnafta” lazımi ödənişləri həyata keçirmədiyi üçün “Transneft”ə daşıma xidmətlərini dayandırıb və bu səbəbdən Rusiya neftinin Ukrayna üzərindən Macarıstan, Slovakiya və Çexiyaya daşınması avqustun 4-dən etibarən dayandırılıb. 

Bildirilib ki, şirkətin Drujba xəttinin digər filiallarında da daşımalar davam edir, Belarus üzərindən Polşa və Almaniyaya daşımalarda heç bir problem yoxdur.


Oxunma sayı: 1871

Oxşar yazılar