Tvitter Rusiya XİN-in səhifəsini blokladı

  • 10:26 - 10 Avqust

Tvitter sosial şəbəkəsi Rusiya Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb.

Avropa.info teleqraf.com-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib.

"Avqustun 5-nə keçən gecə Tvitter platformasının administrasiyası Xarici İşlər Nazirliyinin ingilis dilində olan rəsmi hesabını 7 gün müddətinə bloklayıb. Buna səbəb Rusiyanın Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunları rəhbəri general-leytenant İqor Kirillovun brifinqindən ABŞ-ın hərbi bioloji fəaliyyəti ilə bağlı çıxarışların dərci olub", - Zaxarova məlumat verib


Oxunma sayı: 4852

Oxşar yazılar