Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

  • 10:00 - 10 Avqust

Bakıda beş ildən sonra yenidən UEFA Çempionlar Liqasının himni səslənəcək.

Avropa.info "report"a istinadən bildirir ki, bu, "Qarabağ"ın qitənin bir nömrəli klub turnirində pley-offa yüksəlməsi sayəsində gerçəkləşəcək.

III təsnifat mərhələsinin ilk qarşılaşmasında Bakıda Macarıstan "Ferenstvaroş"u ilə 1:1 hesablı heç-heçə edən "köhlən atlar" Budapeştdə rəqibinə qalib gəlib - 3:1.

Azərbaycan çempionu son olaraq 2017/2018 mövsümündə Çempionlar Liqasının pley-off mərhələsində iki oyunun nəticəsinə əsasən Danimarka "Kopenhagen"indən güclü olub - 1:0;1:2. Qurban Qurbanovun baş məşqçi olduğu komanda həmin mövsüm turnirin qrup mərhələsində mübarizə aparıb.

Çempionlar Liqasının himni turnirin pley-off mərhələsindən etibarən səsləndirilməyə başlayır.

Qeyd edək ki, "Qarabağ" pley-offda Çexiyanın "Viktoriya" (Plzen) klubu ilə üz-üzə gələcək. Bu raundun ilk matçları 16-17 avqustda, cavab görüşləri 23-24 avqustda olacaq.


Oxunma sayı: 3389

Oxşar yazılar