Ersin Tatar: "Erenköy müqaviməti Kıbrıs Türk xalqının varlıq mübarizəsi üçün ilham qaynağıdır" – FOTO

  • 20:35 - 09 Avqust

Kıbrıs Türk xalqının var olmaq mübarizəsində mühüm yeri olan Erenköy Müqaviməti və müqavimət hərəkatı zamanı şəhid olanlar dünən Erenköydə təşkil edilən mərasimlə anılıb. 

Avropa.info xəbər verir ki, Şanlı Erenköy Müqavimətinin 58-ci ildönümü və Erenköy Şəhidlər Günü münasibətilə Erenköy Şəhidliyində  mərasim təşkil edilib. 

Tədbirdə Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, Yenierenköy Bələdiyyə sədrinin müavini Küfi Tulqa və Erenköy Mücahidlər Dərnəyinin sədri Mustafa Arıkan çıxış ediblər. 

Ersin Tatar Erenköy müqavimətinin Kıbrıs Türk xalqının varlıq mübarizəsi üçün ilham qaynağı olduğunu bildirib.

"Bu gün, 58 il əvvəl burada, Erenköydə yazılmış dastanın ildönümündə o nəcib mübarizəni həm qeyd edirik, həm də xatırlayırıq", - deyə o bildirib.

Ersin Tatar Erenköy Müqavimətinin Türk tarixində Çanaqqala dastanı qədər yeri olduğunu, Erenköy Müqavimətində göstərdikləri qəhrəmanlıq və şücaətlə Erenköy şəhidlərinin Kıbrıs Türk xalqının şanlı mübarizəsində yer aldığını bildirib. KKTC prezidenti Erenköy Müqavimətinin Kipr Türk xalqının varlıq mübarizəsi üçün ilham mənbəyi olduğunu bildirib.

Anım mərasimi şəhidlik ziyarəti, şəhidlərin məzarları üzərinə gül dəstələrinin qoyulması, məzar başında duaların oxunması ilə başa çatıb. 

Mərasimdən sonra protokolun iştirakı ilə Mustafa Kamal Atatürkün büstünün açılışı olub və foto sərgisi ziyarət edilib. 

Erenköy Müqavimətində baş verənlər və o zaman Türkiyənin dəstəyi ilə bağlı iki ssenari sərgilənib və muzey ziyarət edilib.

 

 

 

 

 

 

 


Oxunma sayı: 4247

Oxşar yazılar