“Bu, Azərbaycanla Rusiya arasında razılaşdırılıb” - Paşinyandan sərsəm iddia

  • 22:20 - 09 Avqust

“Müxalifətçi deputat Nikol Paşinyanın sözlərinə görə, dörd günlük Aprel döyüşləri Azərbaycan və Rusiya arasında razılaşdırılıb. O, bu barədə 2016-cı il iyulun 1-də danışıb”.

Avropa.info teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

Erməni nəşri o vaxt müxalifətdə olan Ermənistan baş nazirinin iddialarına diqqət çəkib:

“O zaman Paşinyan iddia edirdi ki, dörd günlük müharibədə məqsəd Azərbaycanı Avrasiya İqtisadi Birliyinə cəlb etmək olub.

Yeri gəlmişkən, müxalifətçi olanda Paşinyan həmişə anti-Rusiya əhval-ruhiyyəsi ilə seçilib. Amma 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra birdən-birə özünü açıq-aşkar rusiyapərəstə, ruspərəstə və rus təbəəsinə çevirdi. Beləliklə, 2018-ci il iyunun 28-də artıq baş nazir olarkən fəxrlə bəyan etdi ki, Ermənistan-Rusiya münasibətləri çox fəal şəkildə inkişaf edir və genişlənir.

Paşinyan 2018-ci il sentyabrın 8-də Moskvaya səfəri zamanı Ermənistan-Rusiya münasibətlərinin inkişafından da danışıb: “Moskvada özümü belə bir atmosferdə tapdığım üçün çox şadam. Təkcə dövlətlər arasında deyil, həm də şəxsi təmasda olmaq xoşdur. Bizim əla münasibətlərimiz var və getdikcə daha da yaxşılaşacaq”.

Məlum olur ki, Nikol Paşinyanın Ermənistan-Rusiya münasibətləri, eləcə də Aprel döyüşləri ilə bağlı açıqlamaları yalan və uydurmadır”.


Oxunma sayı: 3103

Oxşar yazılar