Prezidentin köməkçisi Laçındakı ermənilərdən YAZDI

  • 15:32 - 09 Avqust

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri üzrə şöbə müdiri Hikmət Hacıyev “Twitter“ hesabında “The Times” nəşrinin Laçınla bağlı reportajını paylaşıb.

Avropa.info xəbər verir ki, Hikmət Hacıyev Laçının işğalı və sonrakı dövrdə Yaxın Şərqdən olan ermənilərin qanunsuz olaraq bu ərazilərdə məskunlaşdırıldığını bildirib.

“Ermənistan tərəfindən 1992-ci ildə Laçının Zabux kəndinin qanunsuz işğalı, yandırılması və yağmalanması ilə bağlı Robert Siilinin "The Times" reportajı. İşğaldan sonra Yaxın Şərqdən olan ermənilərin qanunsuz məskunlaşdırılması aparıldı. Əlyazmalar yanmır”, - Prezidentin köməkçisi vurğulayıb.


Oxunma sayı: 3059

Oxşar yazılar