Ağdam xəstəxanasında 12 nəfər zəhərləndi - YENİLƏNİB

  • 14:56 - 09 Avqust

Ağdam Rayon Mərkəzi Xəstəxanasında aparılan dezinfeksiya işləri ilə bağlı 12 tibb işçisi yüngül dərəcədə zəhərlənib.

Bu barədə Avropa.info-ya Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, hazırda rayon prokurorluğunda araşdırma aparılır.

***

13:45

Ağdamda Mərkəzi Xəstəxananın tibb işçiləri arasında kütləvi zəhərlənmə qeydə alınıb.

Avropa.info xəbər verir ki, bu barədə Trend-ə xəstəxanadan məlumat verib.

Bildirilib ki, kütləvi zəhərlənməyə səbəb xəstəxananın 3-cü mərtəbəsində dezinfeksiya işlərinin aparılması olub.


Oxunma sayı: 2718

Oxşar yazılar