Ukraynada “Bayraktar” zavodu tikilsə, oranı vuracağıq - Kremldən TƏHDİD

  • 19:40 - 09 Avqust

Rusiya Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edəcək zavodun tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

Avropa.info modern.az-a istinadən xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov zavod inşa olunarsa, ora zərbə endiriləcəyini deyib.

“Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, mütləq Rusiya tərəfindən ora zərbə vurulacaq”, - deyə Peskov təhdid dolu mesaj verib.

Qeyd edək ki, ötən günlərdə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ölkəsində “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini elan edib.


Oxunma sayı: 3015

Oxşar yazılar