Türkiyə Aralıq dənizində ilk qazma işlərinə başlayır – Ərdoğan "Əbdülhəmid xan" gəmisinin fəaliyyət yerini AÇIQLADI

  • 16:29 - 09 Avqust

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin yeni “Əbdülhəmid xan” adlı qazma gəmisinin ilk missiyaya göndərilməsi mərasimində iştirak edib. 

Avropa.info xəbər verir ki, göyərtəsində Türkiyə prezidentinin olduğu helikopter ölkənin cənubundakı Mersin vilayətinin Taşucu limanında qazma gəmisinin olduğu yerə enib. 

Tədbirdə çıxış edən Ərdoğan “Əbdülhəmid xan” qazma gəmisini müasir Türkiyənin “inkişaf və güc simvollarından biri”, “Ankaranın enerji sektorunda yeni baxışının əksi” adlandırıb. 

Türkiyə prezidenti ölkənin enerji müstəqilliyinin təmin edilməsinin vacibliyini vurğulayıb. 

Эрдоган заявил о масштабных энергетических планах в Средиземноморье

Türkiyə lideri enerji idxalı ilə bağlı ölkənin maliyyə yükünə diqqət çəkib. “Təkcə cari ilin nəticələrinə görə Türkiyə enerji resurslarına görə 100 milyard dollar ödəyəcək. Təkcə bu fakt öz yataqlarımızı inkişaf etdirməyin vacibliyindən xəbər verir”. 

Onun sözlərinə görə, Türkiyə 4 qazma və 2 seysmik tədqiqat gəmisindən ibarət donanması sayəsində enerji sektorunda öz maraqlarını açıq şəkildə bəyan edir. “Biz başqa ölkələrin hüquqlarını tələb etmirik, lakin öz hüququmuzun pozulmasına yol verməyəcəyik”, - deyə prezident bildirib. 

Prezident vurğulayıb ki, Aralıq dənizində bütün kəşfiyyat və qazma işləri Türkiyə sularında aparılır. "Bunun üçün Ankara icazə istəmək məcburiyyətində deyil", - o vurğulayıb. 

Ərdoğan bildirib ki, Türkiyənin yeni qazma gəmisi "Əbdülhəmid xan"ın ilk missiyası Qazi Paşa bölgəsi sahilindən 55 km aralıda yerləşən Yörüklər-1 quyusudur. Türkiyə lideri bildirib ki, Yörüklər-1 Şərqi Aralıq dənizində genişmiqyaslı planların həyata keçirilməsi istiqamətində ilk addımdır. 

Dövlət başçısı Qara dənizin Türkiyə sektorundakı Sakarya qaz yatağının işlənməsi istiqamətində görülən səylərə də diqqət çəkib. “Qara dəniz yatağından ilk qazın Türkiyənin qazpaylayıcı sisteminə 2023-cü ildə verilməsi planlaşdırılır”, - deyə o bildirib. 

Qeyd edək ki, gəmi mayın 19-da Cənubi Koreyanın Okpo limanından Mersin sahilinə gəlib və 2,5 ay ərzində Türkiyə sularında ilk işə hazırlaşır. 

Yeddinci nəsil qazma gəmisinin uzunluğu 238 m, eni isə 42 m-dir. 

200 nəfərlik "Əbdülhəmid xan" komandası 12.200 m-ə qədər dərinlikdə qazma işləri apara bilir. 

Dünyada bu sinifdən cəmi 4-5 qazma gəmisi var və onlardan biri Türkiyənin sərəncamındadır. 

Türkiyənin ehtiyacları üçün bu günə qədər kəşfiyyat və qazma işləri üç gəmi tərəfindən həyata keçirilib: "Fatih", "Qanuni" və "Yavuz".


Oxunma sayı: 3169

Oxşar yazılar