Telefon danışıqlarını dinləyən PROQRAM: İlk dəfə görüntüləndi – FOTO

  • 23:53 - 08 Avqust

Hökumətlər tərəfindən telefonları izləmək üçün istifadə edildiyi bildirilən "Pegasus" adlı casus proqramın ekran görüntüləri ilk dəfə ortaya çıxıb. Proqram SMS, WhatsApp daxil olmaqla bütün ünsiyyətə daxil olmağı mümkün edir. Kəşfiyyat xidmətlərinin istifadə etdiyi proqramın görüntülərinə daxil olmaq mümkün olmayıb.

Avropa.info xəbər verir ki, İsrailin NSO Qrupunun "Pegasus" casus proqramının skrinşotları ilk dəfə mətbuata sızıb. Proqramdan hökumətlər müxalifləri dinləmək üçün istifadə ediblər. 

İsraildə nəşr olunan "Haaretz" qəzeti iPhone-ları sındırmaq üçün xüsusi olaraq hazırlanmış proqramın ekran görüntülərini əldə edib. 

Ötən il Amnesty İnternational da daxil olmaqla 15 müstəqil təşkilatın açıqladığı məlumatlar 2021-ci ildə öz izini qoyub.

NSO Group-un bu proqramı bir çox ölkəyə, o cümlədən İspaniya və Birləşmiş Ərəb Əmirliklərinə satdığı məlum olub. 

"Pegasus" proqramından hökumətlər müxalifləri və jurnalistləri izləmək üçün istifadə ediblər. 

Bununla belə, proqramın interfeys şəkillərinə daxil olmaq mümkün olmayıb.

Proqrama telefon zənglərinə qulaq asmaq, mesajları oxumaq, mikrofon və kameranı uzaqdan aktivləşdirmək, geolokasiyanın aşkarlanması kimi funksiyalar daxildir. Proqram smartfonlara SMS, WhatsApp və iMessage kimi kanallar vasitəsilə çatır. 

Citizen Lab İspaniya hökumətinin 60-dan çox Kataloniya siyasətçisi və düşüncə liderini dinlədiyini müəyyən edib. 

Qalmaqalın üzə çıxmasından sonra NSO Group-un baş direktoru istefa verib.

 


Oxunma sayı: 4247

Oxşar yazılar