İsveçdən Türkiyəyə ekstradisiya ediləcək terrorçulara Norveç qucaq açır

  • 23:26 - 08 Avqust

İsveçin Türkiyəyə təhvil verməyə hazırlaşdığı terror təşkilatlarının üzvləri qonşu Norveçdən sığınacaq üçün müraciət edə bilərlər. 

Avropa.info-nun məlumatına görə, Norveç İmmiqrasiya İdarəsinin sözçüsü Lin Zahl Kvakland “Klassekampen” qəzetinə deyib ki, əgər yuxarıda adı çəkilən şəxslər (İsveçdən olan terror təşkilatlarının üzvləri - red.) krallıqdan sığınacaq üçün müraciət etsələr, o zaman onların müraciətləri Osloda qəbul olunacaq və müəyyən vaxtda baxılacaq. 

Beynəlxalq hüquq üzrə ekspert, professor Terje Einarsen məlumatı şərh edərək, Türkiyənin bu mövqeyin qəti şəkildə əleyhinə olacağını qeyd edib. 

Einarsen NATO-ya inteqrasiyanın ilkin şərti kimi İsveç və Finlandiyanın Madriddə Türkiyə ilə bağladığı memorandumun mahiyyətini xatırladıb və terrorizmlə mübarizə sahəsində öhdəliklərin Alyansın bütün üzv ölkələrinə şamil olunduğunu vurğulayıb.


Oxunma sayı: 3411

Oxşar yazılar