Böyük Britaniyanın kəşfiyyat HESABATI: Rusiya-Ukrayna müharibəsi yeni mərhələyə daxil olmaq üzrədir – FOTO

  • 23:58 - 06 Avqust

Böyük Britaniya Müdafiə Nazirliyinin Ukrayna-Rusiya müharibəsi ilə yeni kəşfiyyat hesabatı yayılıb. 

Avropa.info-nun məlumatına görə, hesabatda bildirilir ki, Rusiyaya məxsus hərbi yük maşınları, tanklar, yedəyə alınmış artilleriya və digər silahlardan ibarət uzun karvanlar Ukraynanın Donbas bölgəsindən uzaqlaşaraq, cənub-qərbə doğru irəliləməkdə davam edir. Hesabtda hərbi texnikanın Rusiyanın işğalı altında olan Melitopol, Berdiansk və Mariupoldan və Rusiyanın materik hissəsindən Kerç körpüsü ilə Krıma daşındığı da bildirilir.

800-000 əsgərdən ibarət Batalyon Taktik Qruplarının (BTQ) Krıma yerləşdirildiyi və demək olar ki, Xerson bölgəsindəki rus qoşunlarına dəstək üçün istifadə ediləcəyi bildirilən hesabatda qeyd edilib ki, 2022-ci ilin avqustunda Krıma yeni BTQ yerləşdirilib və eyni zamanda, Şərq Qüvvələri Qrupundan BTQ-lər yenidən dislokasiya olunur. bildirilib ki, bunlar böyük ehtimalla yaxın günlərdə Xerson vilayətinə göndəriləcək.

Ukrayna qüvvələrinin hədəflərini Ukraynanın cənub vilayətlərində getdikcə daha tez-tez baş verən körpülərə, sursat anbarlarına və dəmiryol xətlərinə, o cümlədən Xersonu Rusiya tərəfindən işğal olunmuş Krımla birləşdirən strateji əhəmiyyətli dəmir yolu xəttinə yönəltdiyi bildirilib. “Rusiyanın Ukraynaya qarşı müharibəsi yeni mərhələyə keçmək üzrədir. Ən ağır döyüşlər Zaporojedən cənub-qərbə, Xersona və Dnepr çayına paralel uzanan 350 kilometrlik cəbhə xəttinə keçir, - deyə hesabtda qeyd edilir.


Oxunma sayı: 1904

Oxşar yazılar