Bakının mərkəzində QANDONDURAN HADİSƏ - ANBAAN DƏHŞƏTLİ VİDEO

  • 23:24 - 06 Avqust

Sosial şəbəkələrdə Bakıda kişinin küçənin ortasında ölümcül döyüldüyünü əks etdirən video yayılıb.

Avropa.info xəbər verir ki, məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov APA TV-nin sorğusuna cavab olaraq bildirib ki, hadisə avqustun ikisində gecə saatlarında paytaxtın Nəsimi rayonunda üçüncü mikrorayon dairəsi deyilən ərazinin yaxınlığında qeydə alınıb. Əməldə şübhəli bilinən 1991-ci il təvəllüdlü Sahib Xəlilli müəyyən olunaraq saxlanılıb. O, istintaqa təhvil verilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə cinayət işi başlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, hadisə zamanı döyülən şəxs xəstəxanaya yerləşdirilib.


Oxunma sayı: 2102

Oxşar yazılar