Ceyhun Bayramov gürcü həmkarına TƏŞƏKKÜR ETDİ

  • 22:29 - 06 Avqust

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı İliya Darçiaşviliyə həmrəylik və dəstəyinə görə təşəkkür edib.

Avropa.info xəbər verir ki, bu barədə Ceyhun Bayramov özünün "Twitter" hesabında yazıb.

“Radikalların Azərbaycanın Londondakı səfirliyinə misli görünməmiş hücumuna dair telefon danışığı ilə həmrəylik və dəstək ifadə etdiyinə görə Gürcüstandan olan həmkarım İliya Darçiaşviliyə təşəkkür edirəm”, - XİN başçısı bildirib.

Qeyd edək ki, Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili azərbaycanlı həmkarı Ceyhun Bayramova zəng edib. Darçiaşvili söhbət zamanı Londondakı təxribatla bağlı ölkəsinin Azərbaycana tam dəstəyini ifadə edib.


Oxunma sayı: 1277

Oxşar yazılar