Azərbaycan Ordusunun şəhid əsgəri Bakıda torpağa tapşırılıb - YENİLƏNİB - FOTO

  • 12:31 - 06 Avqust

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu dəfn olunub.

Avropa.info Report-a istinadla xəbər verir ki, onun cənazəsi yaylım atəşləri altında Ramana qəsəbəsinin Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tabutun üzərindəki üçrəngli bayrağımız xatirə olaraq mərhumun ailəsinə təqdim edilib.

***09:40

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlu ilə vida mərasimi başlayıb.

Avropa.info Report-a istinadla xəbər verir ki, mərasim şəhidin Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən evlərində keçirilir.

Mərasimdə şəhidin ailə üzvləri, yaxınları, rəsmi şəxslər və ictimaiyyət nümayəndələri iştirak edirlər.

Vida mərasimi başa çatdıqdan sonra şəhidin cənazəsi qəsəbədə yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

***08:25

Azərbaycan Ordusunun Laçın rayonunda üzərinə qaya parçası düşməsi nəticəsində həlak olan hərbi qulluqçusu, 2003-cü il təvəllüdlü Xudiyev Samir Səməd oğlunun nəşi ailəsinə təhvil verilib.

Avropa.info Report-a istinadla xəbər verir ki, şəhid bu gün Bakının Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, avqustun 5-də Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Samir Səməd oğlu Xudiyev və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb. Nəticədə əsgər Samir Xudiyev aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Əsgər Tahir Əliyev isə müxtəlif xəsarətlər alıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


Oxunma sayı: 1387

Oxşar yazılar