“Öldürməkdən həzz alıram” deyən qadın polkovnik məhv edildi

  • 13:43 - 06 Avqust

Qondarma "dxr"-in qadın polkovnik-leytenantı, "Korsa" ləqəbli Olqa Kaçuranın öldürülməsi ilə bağlı bir sıra detallar məlum olub.

Avropa.info lent.az-a istinadən xəbər verir ki, rus komandirlərlə görüşdən gələn Kaçuranın avtomobili Verxnetoretski yaxınlığında tank əleyhinə raketdən açılan atəş nəticəsində məhv edilib.

Ukrayna Silahlı Qüvvələrinin keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində Rusiya ordusunun 6 komandirinin və daha 5 hərbçisinin də öldürüldüyü bildirilir.

Məlumatda qeyd olunur ki, Kaçura əslən Ukraynadan olsa da, Rusiyanın dəstəklədiyi separatçılar tərəfdən döyüşüb. Ukrayna kəşfiyyatının məlumatına görə, Kaçura 2014-cü ildən qondarma "dnr"-in ordu sıralarına qoşulub və həmin vaxt onlarla dinc sakini qətlə yetirib.

Qəzet yazır ki, 52 yaşlı polkovnik-leytenant tez-tez Rusiyanın televiziya kanallarında ukraynalıları öldürməkdən necə həzz aldığıyla bağlı çıxışlar edirmiş.

Həmçinin qeyd olunur ki, Kaçura Putinin müharibədə öldürülən ilk qadın zabitidir.


Oxunma sayı: 1673

Oxşar yazılar