Türkiyə və Rusiya Suriyada məsələsində ANLAŞDI: Terror təşkilatlarına qarşı birgə mübarizə aparacaqlar

  • 23:20 - 05 Avqust

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Soçidə keçirilən görüşdə Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və birgə hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər. 

Avropa.info xəbər verir ki, iki ölkə liderlərinin danışıqlarından sonra prezidentlər Ərdoğan və Putin arasında danışıqların yekunlarına dair birgə bəyanat qəbul edilib. 

Bəyanatda bildirilir ki, iki ölkə liderləri bütün mövcud regional və qlobal çağırışlara baxmayaraq, Türkiyə-Rusiya münasibətlərini qarşılıqlı hörmət və qarşılıqlı maraqların tanınması əsasında və beynəlxalq öhdəliklərə uyğun olaraq inkişaf etdirmək üçün ortaq istəklərini bir daha təsdiqləyiblər. 

Liderlər iki ölkə arasında ticarət dövriyyəsinin müəyyən edilmiş məqsədlərə uyğun və tarazlaşdırılmış şəkildə artırılması, iqtisadi və enerji sahələrində qarşılıqlı münasibətlər çərçivəsində əlaqələrin inkişaf etdirilməsi, eləcə də nəqliyyat, ticarət, kənd təsərrüfatı, sənaye, maliyyə, turizm və tikinti kimi sahələrdə uzunmüddətli əməkdaşlıq məqsədi ilə hərtərəfli məsləhətləşmələr aparıblar. 

İki ölkə gündəlikdəki məsələlər üzrə əməkdaşlığı gücləndirmək üçün konkret addımlar atmaq barədə razılığa gəliblər. 

Regional məsələlər kontekstində liderlər Türkiyə ilə Rusiya arasında səmimi və etibarlı münasibətlərin regional və beynəlxalq sabitliyin bərqərar olması baxımından əsas əhəmiyyətini qeyd ediblər. Bu kontekstdə iki ölkə liderləri iki ölkə arasında konstruktiv əlaqələrin Ukrayna limanlarından taxıl və ərzaq məhsullarının təhlükəsiz daşınmasına dair İstanbul sazişinin əldə olunmasında rol oynadığını təsdiqləyiblər. 

Ərdoğan və Putin İstanbul razılaşmalarının tam yerinə yetirilməsinin, o cümlədən taxıl, mineral gübrə və mineral gübrə istehsalı üçün lazım olan xammalın Rusiyadan fasiləsiz ixracının vacibliyini vurğulayıblar. 

Ərdoğan və Putin Suriyadakı vəziyyətlə bağlı ölkədə yekun həllə nail olmaq üçün siyasi prosesin irəlilədilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar. 

Liderlər Suriyanın siyasi birliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə işarə edərək, Suriyadakı bütün terror təşkilatlarına qarşı mübarizədə həmrəylik və birgə hərəkət etmək əzmində olduqlarını təsdiqləyiblər. 

Prezident Ərdoğan və Putin Liviyanın suverenliyi, ərazi bütövlüyü və milli birliyinə qəti sadiq olduqlarını vurğulayıblar. Liviyalılar arasında mümkün olan ən geniş konsensusa əsaslanan azad, ədalətli və etibarlı seçkilərin keçirilməsinin vacibliyini vurğulayan iki lider, BMT-nin himayə etdiyi siyasi prosesi dəstəklədiklərini bir daha vurğuladılar. 

Ərdoğan və Putin Türkiyə və Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının növbəti iclasının Türkiyədə keçirilməsi barədə razılığa gəliblər.


Oxunma sayı: 1739

Oxşar yazılar