
Hərbçimiz Kəlbəcərdə minaya düşərək HƏLAK OLDU
- 20:54 - 05 Avqust
Kəlbəcər rayonunun şərqində, yeni nəzarətə götürülmüş ərazidə ermənilər tərəfindən basdırılmış minanın partlaması nəticəsində avqustun 5-də Azərbaycan Ordusunun hərbi qulluqçusu Əliyev Babək Əsgər oğlu həlak olub.
Bu barədə Avropa.info-ya Müdafiə Nazirliyindən məlumat verilib.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
"Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbr diləyir! Allah rəhmət eləsin!" - məlumatda qeyd edilib.