Azərbaycanda koronavirusa yoluxanların sayı 500-ü keçdi

  • 20:04 - 05 Avqust

Azərbaycanda koronavirusa 540 yeni yoluxma qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Avropa.info-ya Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.

Məlumata görə, sutka ərzində koronavirusdan ölən yoxdur.

Ölkədə indiyədək 801 018 nəfər koronavirusa yoluxub. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9 755 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 3 054 nəfərdir.

Ölkədə son sutka ərzində 3 485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.


Oxunma sayı: 1365

Oxşar yazılar