"Alpaslan: Böyük Səlcuqlu" serialının yeni sezon tanıtımı izləyiciləri duyğulandırdı – VİDEO

  • 18:38 - 05 Avqust

"Alpaslan: Böyük Səlcuqlu" serialının yeni sezon tanıtımı yayımlanıb. 

Avropa.info xəbər verir ki, baş rollarda Barış Arduç, Mehmet Özgür, Erdinç Gülener və Barış Bağcının çəkildiyi serialın yeni sezon tanıtımındakı Kəbə səhnəsi izləyiciləri duyğulandırıb.

TRT1-də yayımlanan serialın təqdimatında Sultan Alparslanın Kəbəni ziyarət edərkən etdiyi bu dua tamaşaçıları təsirləndirib: "Ya Rəhman, Ya Əziz, Ya Qəhhar! Atdığımız hər addım, aldığımız hər nəfəs Sənin razılığın üçündür. Müjdələyib nəsib etdiyin fəthlər bizim deyil, Sənindir. Allahım məni kibir quyusuna düşməkdən qoru! Son nəfəsimə qədər yolunda cihad etməyi nəsib et!"

TRT 1-in reytinqləri ilə rekord qıran serialı "Alparslan: Böyük Səlcuqlu"nun yeni sezonuna Serhat Tutumluer, Bora Cengiz və Öykü Gürman kimi uğurlu aktyorlar dəvət edilib. 

Malazgirt Fatehi Sultan Məhəmməd Alparslanın həyatından və türklərin Anadoluya girişini anladan "Alparslan: Böyük Səlcuqlu" serialı yeni sezonu ilə sentyabr ayında ekranlara gələcək.


Oxunma sayı: 1497

Oxşar yazılar