
Ermənilər Laçının bu kəndindən ÇIXARILIR
- 17:54 - 05 Avqust
Laçın rayonunun Zabux kəndində yaşayan ermənilər bu ayın sonuna qədər ərazini tərk etməlidir.
Avropa.info modern.az-a istinadən xəbər verir ki, bu barədə Zabux kəndindəki qondarma "Aqavno" icmasının "rəhbəri" Andranik Çavuşyan bildirib.
Onun sözlərinə görə, ermənilərə kənddən çıxmaları üçün avqustun 25-nə qədər vaxt verilib.
Qondarma rejimin "ərazi idarəetmə və infrastruktur naziri" Hayk Xanumyan da Zabuxda olub. O, sakinlərə kəndi tərk etmələri barədə xəbərdarlıq edib.