Putin Ərdoğan təşəkkür etdi: "Avropa Türkiyəyə minnətdar olmalıdır"

  • 17:45 - 05 Avqust

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Avropa.info xəbər verir ki, Rusiya lideri Ukraynadan taxıl tədarükü ilə bağlı razılığın əldə olunmasında göstərdiyi köməyə görə Ərdoğana təşəkkür edib. 

"Sizin iştirakınızla Ukraynadan taxıl tədarükü məsələsi həll olundu, sizə təşəkkür etmək istəyirəm", - deyə Putin bildirib. 

Putin “Türk axını” boru kəmərini Rusiya qazının Avropaya çatdırılması üçün ən vacib marşrutlardan biri adlandırıb. 

“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü zamanı deyib. 

Putin əlavə edib ki, “Türk axını” problemsiz gedir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar. 

O, həmçinin ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib. 


Oxunma sayı: 1343

Oxşar yazılar