Ceyhun Əsgərov xəstəxanaya yerləşdirildi - YENİLƏNİB

  • 21:34 - 05 Avqust

Jurnalist Ceyhun Əsgərov Kliniki Tibbi Mərkəzə (KTM) yerləşdirilib.

Bu barədə Avropa.info-ya KTM-in mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlu bildirib.

Onun sözlərinə görə, jurnalist həkim nəzarətindədir.

***

17:43 

“Ceyhun Əsgərovun ünvanına Təcili Tibbi Yardım Briqadası göndərilib".

Avropa.info xəbər verir ki, bu barədə TƏBİB-in Mətbuat katibi Zamirə Ədilovanın Salatın Əsgərovanın oğlu, jurnalist Ceyhun Əsgərovun səhhəti ilə bağlı yaydığı məlumatda qeyd olunub.

“Ceyhun Əsgərovla bağlı bu hal vaxtaşırı və tez-tez təkrarlanır, zəruri yardımlar göstərilir. Davamlı müalicə alması şərtdir, amma təbii ki, bu, onun iradəsi çərçivəsində olmalıdır. Bu barədə onun özünə də dəfələrlə bildirilib. Dövlət tibb müəssisəsində ondan müalicə üçün heç bir vəsait tələb olunmur”, - o vurğulayıb.


Oxunma sayı: 1497

Oxşar yazılar