Çindən Pelosinin Tayvana səfərinə görə ABŞ-a SƏRT CAVAB: Müdafiə sahəsində danışıqları dayandırdı

  • 23:49 - 05 Avqust

Çin ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Tayvana səfərindən sonra cavab tədbiri olaraq Vaşinqton administrasiyası ilə bəzi ikitərəfli dialoq və əməkdaşlıq danışıqlarını dayandırdığını açıqlayıb. 

Avropa.info xəbər verir ki, Xarici İşlər Nazirliyindən verilən məlumata görə, müdafiə sahəsində 3 dialoq ləğv edilib, qeyri-qanuni immiqrasiya, məhkəmə əməkdaşlığı, transsərhəd cinayətkarlıq, narkotiklərə nəzarət və iqlim dəyişikliyi sahəsində 5 dialoq mexanizmi dayandırılıb. 

Xüsusilə, cəbhə komandirlərinin görüşlərinin, müdafiə siyasətinin koordinasiyasına dair görüşlərin və Çin və ABŞ arasında dəniz məsləhətləşmələri haqqında saziş üzrə görüşlərin artıq keçirilməyəcəyi açıqlanıb. 

Həmçinin qeyd olunub ki, qeyri-qanuni miqrasiya, hüquqi məsləhət, transsərhəd cinayətlər, narkotiklərlə mübarizə və iqlim dəyişikliyi danışıqları üzrə birgə fəaliyyətlər dayandırılır. 

Xatırladaq ki, Çin hökuməti Pelosi və ailəsinə qarşı sanksiyalar tətbiq edəcəyini açıqlayıb. 

Tayvanı öz ərazisinin bir hissəsi kimi görən Pekin Pelosinin səfərini “öz suverenliyinin və ərazi bütövlüyünün pozulması” kimi qiymətləndirdiyini vurğulayıb və sərt cavab tədbirləri görəcəyi ilə bağlı xəbərdarlıq edib.


Oxunma sayı: 1563

Oxşar yazılar