Ərdoğan və Putinin Soçi danışıqları BAŞLADI: Qarabağ da müzakirə olunur – YENİLƏNİB/VİDEO

  • 17:34 - 05 Avqust

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Soçiyə bir günlük işgüzar səfəri çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

Avropa.info bildirir ki, danışıqlarda Suriya və Ukrayna ilə yanaşı, Qarabağ məsələsi də müzakirə olunur.

***

16:33

Soçidəki "Rus" sanatoriyasının ərazisində Türkiyə və Rusiya prezidentləri arasında danışıqlar başlayıb. 

Avropa.info xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin son 17 gündə ikinci görüşü kritik əhəmiyyət kəsb edir. 

Danışıqların qapalı hissəsini gözləyən Rusiya lideri Ukraynadan taxıl tədarükü ilə bağlı razılığın əldə olunmasında göstərdiyi köməyə görə Ərdoğana təşəkkür edib. 

Putin: Avropa fasiləsiz qaz təchizatına görə Türkiyəyə minnətdar olmalıdır 

"Sizin iştirakınızla Ukraynadan taxıl tədarükü məsələsi həll olundu, sizə təşəkkür etmək istəyirəm", - deyə Putin bildirib. 

Putin “Türk axını” boru kəmərini Rusiya qazının Avropaya çatdırılması üçün ən vacib marşrutlardan biri adlandırıb. 

“Qeyd etmək istərdim ki, tikintisini bir müddət əvvəl başa çatdırdığımız “Türk axını” bu gün Avropanı Rusiya qazı ilə təmin edən ən mühüm arteriyalardan biridir”, - Rusiya lideri Türkiyə prezidenti ilə görüşü açaraq deyib. 

Putin əlavə edib ki, “Türk axını” problemsiz gedir və avropalı tərəfdaşlar buna görə Türkiyəyə minnətdar olmalıdırlar. 

O, həmçinin ticarət-iqtisadi əlaqələrin inkişafına dair memorandumun imzalanacağına ümid etdiyini bildirib. 

Rusiya lideri digər məsələlərlə yanaşı, Suriyadakı vəziyyəti də müzakirə etməyi təklif edib. 

Ərdoğan: Soçidəki görüş Türkiyə və Rusiyanın bölgədəki rolunu göstərir 

Türkiyə prezidenti də öz növbəsində qeyd edib ki, budəfəki görüş Türkiyə və Rusiyanın regionda oynadığı rolun müəyyənləşdirilməsi kontekstində xüsusi əhəmiyyət kəsb edir. 

Ərdoğan qeyd edib ki, bu gün Soçidə əməkdaşlıq məsələlərində yeni səhifə açılacaq. 

"Mən bura enerji əməkdaşlığı, Qara dənizdə taxıl ixracı, turizm, regional məsələləri daxil edirəm", - Türkiyə prezidenti deyib. 

Türkiyə lideri terrorla mübarizədə Ankara ilə Moskva arasında əməkdaşlığın vacibliyinə də işarə edib. 

Türkiyə prezidenti daha sonra Suriya məsələsinə diqqət çəkib. 

"Ümid edirəm ki, bölgədəki vəziyyətə müsbət təsir edəcək Suriya mövzusuna xüsusi diqqət yetirəcəyik", - Ərdoğan deyib. 

Prezident Türkiyədə ilk Atom Elektrik Stansiyasının – Mersin vilayətində “Akkuyu”nun layihəsinin mövzusuna xüsusi diqqət yetirib. 

Ümid edirəm ki, bugünkü danışıqların nəticələrindən sonra məsələ müəyyən nöqtəyə gətiriləcək, qiymətləndirmə aparılacaq, qərarlar veriləcək ki, bu da prosesin uzanmasının qarşısını alacaq”, - Ərdoğan bildirib. 

O, işlərin əvvəllər təsdiq edilmiş qrafikə uyğun həyata keçirilməsinin vacibliyini vurğulayıb və xatırladıb ki, Akkuyu AES Türkiyənin ehtiyac duyduğu bütün elektrik enerjisinin 10 faizini istehsal edəcək.


Oxunma sayı: 1563

Oxşar yazılar