Rusiyadan ABŞ-a COVID-19 İTTİHAMI: İnsanlar tərəfindən hazırlanıb və Amerikanın barmağı var

  • 21:45 - 05 Avqust

Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin komandanı İqor Kirillov, koronovirusun insanlar tərəfindən hazılandığını  və ABŞ-ın həyata keçirdiyi layihələr çərçivəsində yayıldığını bildirib.

Avropa.info xəbər verir ki, o, bütün dünyaya təsir edən, insan həyatını və qlobal iqtisadiyyatı sarsıdan koronovirus epidemiyasında ABŞ-ı günahlandırıb. 

Koronavirus epidemiyasının ortaya çıxmasında ABŞ-ın əli ola biləcəyini deyən Kirillov, "ABŞ Beynəlxalq İnkişaf Agentliyinin yeni tipli koronovirusun ortaya çıxmasında rol oynama ehtimalını qiymətləndiririk. 2009-cu ildən bəri yeni növ koronaviruslarını araşdıran Predict proqramını maliyyələşdirir", deyib. O xatırladıb ki, ABŞ-ın "Metabiota" şirkəti də Ukraynada belə tədqiqatlarda iştirak edib. 

"ABŞ administrasiyasının dar məqsədli bioloji işini nəzərə alsaq və bu cür bəyanatlar bizi yeni koronavirus pandemiyasının səbəblərinə və ABŞ hərbi bioloqlarının koronavirusun yaranması və yayılmasındakı roluna bir daha nəzər salmağa vadar edir", - deyə Kirillov bildirib.


Oxunma sayı: 1519

Oxşar yazılar